Posted by: IT Team | February 22, 2011

Xocalı Soyqırımının ildönümünün anılması ilə əlaqədar Azərbaycan Respublikası Мilli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Bu gün Sizə xalqımızın tarixində kədərli və faciəli bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı münasiləətilə müraciət edirəm.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı irəli sürdüyü yeni ərazi iddiaları azərbaycanlıların doğma torpaqlarından kütləvi surətdə zorla qovulmasına, çoxsaylı terror aktları ilə müşayiət olunan geniş miqyaslı amansız müharibəyə gətirilə çıxardı. Nəticədə on minlərlə insan həlak oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi, onun müdafiəçilərinə və dinc sakinlərə qanlı divan tutulması bu faciələrin ən dəhşətlisi idi. Yüzlərlə insan – qadın, uşaq, qoca xüsusi vəhşiliklə qətlə yetirildi və işgəncələrlə öldürüldü. Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur.

Xocalı soyqırımın törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər.

Xocalı faciəsindən danışarkən о zamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi. О zamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. О zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı.

1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, о cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.

Hazırda Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində  həll   olunması   üçün  ardıcıl  fəaliyyət  göstərir.

Aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar getdikcə daha artıq dərəcədə Azərbaycanın ədalətli mövqeyini qəbul edir, ərazilərimizin işğalı faktını etiraf edir, Ermənistandan Azərbaycan torpaqlarını azad etməyi tələb edirlər. Biz dövlətimizin iqtisadi, siyasi qüdrətinə və qazanılmış təcrübəyə arxalanaraq, problemin ədalətli həlli istiqamətində səylərimizi inadla davam etdirəcəyik.

Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, erməni millətçilərinin anti-Azərbaycan təbliğatı getdikcə daha incə, daha mənfur formalarda davam etdirilir, ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurulur. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik.

Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində ardıcıl tədbirlər görürlər. Belə tədbirlər hər il daha əhatəli və peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz fəallığını daha da artırmalıdırlar.

Bu kədərli matəm günlərində Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsini bir daha dərin hüznlə yad edərək Allahdan rəhmət diləyir, onların yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm. Uğrunda çalışdığımız müstəqil, güclü, firavan Azərbaycan onların ruhu üçün ən böyük təsəlli olacaqdır.

İlham Əliyev, Azərbaycan Respublikasınm Prezidenti. Bakı şəhəri, 24fevral 2004-cü il.

 

Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciəti

Dövlət səviyyəsində qeyd edilən Xocalı soyqırımının (genosidinin) fevralın 26-da üçüncü ildönümü tamam olur. Keçən il parlamentin qərarı ilə Xocalı soyqırımı günü elan edilmiş həmin matəm xalqımız tərəfindən dərin hüznlə yad edilir və artıq bu tarix millətin qəlbinə yaddaş günü kimi daxil olmuşdur.

Erməni tarixçiləri və siyasətçiləri guya erməni genosidi olan 1915-ci il hadisələrini ildən-ilə şişirtmək və təbliğ etməklə, əslində, əsrin əvvəlindən həyata keçirilən azərbaycanlıların kütləvi qırğınını unutdurmağa, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.

Xocalı faciəsi XX əsrdə “Böyük Ermənistan” və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər.

Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə ağır xəsarət yetirmişlər. Bu zaman 1275 nəfər itkin düşmüş və girov götürülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurlan düşünülmüş surətdə Dağlıq Qarabağın onlarla yaşayış məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə yer üzündən silmiş, Qaradağlı kəndində yaşayanların əksəriyyətini məhv etmişlər.

Biz dünyanın bütün parlamentlərinə və beynəlxalq təşkilatlarına müraciət edərək xalqımızın başına gətirilən bu dəhşətli müsibət barədə, bütövlüklə əsrin əvvəlindən bu günə kimi 500 mindən artıq azərbaycanlının ermənilər tərəfindən öldürülməsi, azərbaycanlılar yaşayan 6 min kvadratkilometrlik əzəli azəri torpaqlarının zorla boşaldılması, həmin ərazidən 1 milyon nəfərdən çox azərbaycanlının qovulması, 2 minə yaxın Azərbaycan mənşəli yaşayış yerlərinin tarixi adının dəyişdirilməsi, ərazimizin 20 faizinin (12 rayonun) erməni hərbi birləşmələrinin işğalı altında olması, bunun nəticəsində 1 milyon nəfərin qaçqın kimi yaşaması faktlarını bütün dünya ictimaiyyətinə çatdırmağı və beynəlxalq prinsiplərə və hüquq normalarına uyğun olaraq bu vəhşilikləri pisləmələrini, Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərini qaldırmalarını xahiş edirik.

Qoy heç bir xalqın həyatında Xocalı faciəsinə bənzər hadisə olmasın!

Azərbaycan Respublikası Milli Məclisi. 24fevral 1995-ci il.

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Xocalı    soyqırımının    10-cu    ildönümü    ilə    əlaqədar Azərbaycan   Respublikası   Milli   Məclisinin   Bəyanatı   təsdiq edilsin.

Xocalı Soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Xocalı soyqırımının 10-cu ildönümü bu günlər Azərbaycanda dərin hüzn içərisində qeyd edilir. Bu qəddar və amansız soyqırımı aktı insanlığın tarixinə dəhşətli terror hadisələrindən biri kimi daxil olmuşdur.

1992-ci il fevralın 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Azərbaycan Respublikasının о dövrdəki prezidenti Ayaz Mütəllibovun və digər rəhbərlərinin cinayətkar səhlənkarlığı erməni millətçilərinin bu ağır cinayət əməlini törətməsinə şərait yaratmışdır. Hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi nəticəsində Xocalının müdafiəsi lazımi səviyyədə təşkil edilməmiş, şəhərin dinc əhalisinə heç bir köməklik göstərilməmişdir.

Xocalı şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş müddəalara tam uyğun gəldiyini sübut edir.

Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Təəssüf doğuran haldır ki, dövlətlər arasında sivil birgə yaşayış qaydalarının hakim olduğu XX əsrin sonlarında Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddialarını həyata keçirmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə dünya birliyi biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün təsirli beynəlxalq tədbirlər görməmişdir. Qəsbkar dövlət olan Ermənistan ətrafında yaradılmış bu cəzasızlıq mühitinin nəticəsidir ki, indiyədək ölkəmizin ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan   çox   azərbaycanlı yerindən-yurdundan  didərgin salınmışdır. İşğal olunmuş torpaqların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (822, 853, 874 və 884 nömrəli qətnamələr), Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Budapeşt, Lissabon və Istanbul sammitlərinin sənədlərinə məhəl qoymayan Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Dağlıq Qarabağ ərazisində təkcə Ermənistandan deyil, digər ölkələrdən də gələn terrorçuların hazırlanması, Azərbaycan xalqına qarşı yeni cinayətlərin təşkil edilməsi üçün düşərgələr yaradılmışdır. Burada narkotik vasitələrin dövriyyəsindən və nəqlindən, silah alverindən əldə edilən gəlir terror məqsədləri üçün istifadə olunur.

Azərbaycan xalqına və digər qonşu dövlətlərə qarşı soyqırımı və terror Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Erməni millətçiliyinin məqsədlərinə nail olmaq üçün heç bir çirkin vasitədən çəkinməyən yerli və beynəlxalq terrorçu təşkilatların bu ölkədə sərbəst fəaliyyətinə hər cür şərait yaradılmışdır.

Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan və digər xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Bu nifrət ideologiyasının törətdiyi faciəli nəticələr tarixdən yaxşı məlumdur.

XIX əsrin sonlarından etibarən böyük dövlətlərin himayəsindən istifadə edən erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək, yüz minlərlə günahsız azərbaycanlını qətlə yetirmişlər.

1905-1907-ci illərdə İrəvanda və Zəngəzurda (müasir Ermənistan Respublikası ərazisində), Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda dinc əhaliyə amansızcasına divan tutulmuşdur.

Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti Sovet hakimiyyəti illərində də davam etdirilmiş, SSRİ-nin ermənipərəst rəhbərliyinin köməyi ilə 1948-1953-cü illərdə, habelə 1988-1989-cu illərdə qısa bir vaxt içərisində Ermənistandan yarım milyona yaxın azərbaycanlı deportasiya edilmiş, yaxud qovulmuş, yüzlərlə azərbaycanlı milli mənsubiyyətinə görə öldürülmüşdür. Ermənilərin bu qanlı və avantürist siyasəti iki milyondan çox azərbaycanlının ayrı-ayrı vaxtlarda etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalması ilə nəticələnmişdir. Bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Erməni millətçiləri qarşılarına qoyduqları məqsədə nail olmuş, Ermənistanı monoetnik dövlətə çevirmişlər.

Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti lap əvvəldən geniş miqyaslı informasiya müharibəsi ilə müşayiət olunmuşdur. Erməni “alimlərinin” səyləri ilə bütün Qafqazın tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Qafqazda baş verən hadisələr şüurlu surətdə təhrif olunmuş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş, məzlum və incidilmiş erməni xalqı” obrazı yaradılmışdır. Azərbaycan xalqına qarşı düşmənçilik və soyqırımı siyasətini pərdələmək, qonşu dövlətlərə ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri işğalçılıq müharibəsinə, erməni beynəlxalq terrorizminə haqq qazandırmaq üçün erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmaları ortaya atmışlar. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa səy göstərmişdir.

Nə qədər qəribə olsa da, Xocalı faciəsi kimi real soyqırımına göz yuman bəzi ölkələrin parlamentləri “erməni soyqırımı” əfsanəsini müzakirə predmetinə çevirmiş, hətta tarixi həqiqətlərə etinasızlıq göstərərək bu barədə ədalətsiz qərarlar da qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin    sülh    yolu ilə  nizama salınması səylərinin Ermənistan tərəfindən indiyədək boşa               çıxarılmasının səbəblərindən biri də məhz budur.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, dünya ictimaiyyəti, nəhayət, təcavüzkarı öz adı ilə çağırmalı, Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə, qaçqın və köçkünlərin doğma yurdlarına qaytarılmasına kömək göstərməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, Ermənistan Respublikasının rəhbərliyi tərəfindən təşkil edilmiş və onun köməyi ilə Dağlıq Qarabağda hakimiyyəti qanunsuz zəbt etmiş erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında ədalətli həlli üçün əllərindən gələni əsirgəməsinlər.

Xocalı soyqırımı kimi dəhşətli cinayətlər cəzasız qalmamalıdır. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 26 fevral tarixli iclasmda qəbul edilmişdir.)

Azərbaycan Respublikası. Milli Məclisinin sədri M. Ələsgərov. Bakı şəhəri, 26 fevral 2002-ci il.

 

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan

Respublikası Milli Məclisinin qərarı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.

Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər, Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, о cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, о cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, кörpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpаğа basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Citcyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vacik Mirzoyan, Vacaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərlori fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Kocaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir.

Bu gün cinayətkarlardan 30 nəfərinin adları Azərbaycanın istintaq orqanlarına məlumdur. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S.Ohanyan indi general paqonları gəzdirir və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziridir”. Cinayətin bir sıra digər iştirakçıları da oyuncaq qurumda və Ermənistan Respublikasının dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.

Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.

Xocalı faciəsi son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli  və açıq himayəsindən  istifadə edən  erməni  millətçiləri “böyük Ermənistan”, yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri   əraziləri   yerli   sakinlərdən   təmizləmək  niyyəti   ilə müxtəlif  dövrlərdə   Şərqi   Anadoluda   və   Cənubi   Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlının vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci  illərdə,  habelə   1918-1920-ci  illərdə  Naxçıvanda,  Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə    Tiflisdə dinc azərbaycanlı  əhali soyqırımına məruz qalmışdır. Qeyd etmək yerinə   düşər   ki,   1918-ci   ildə   Ermənistan   Respublikasının yaradılması elan edilərkən onun ərazisi 9,8 min kvadrat kilometr olmuşdur. Əslində bu süni dövlət qurumu Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının (çar Rusiyası dövründə  İrəvan  quberniyasının)  ərazisində  təşkil  edilmişdir. Sonralar İrəvanda, Göycədə və Zəngəzurda törədilən  kütləvi qırğınlar  nəticəsində bölgənin   demoqrafik   vəziyyəti   erməni əhalinin xeyrinə dəyişdirilmiş, azərbaycanlılardan təmizlənən yeni ərazilər Ermənistan Respublikasına qatılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti  qurulduqdan  sonra bolşevik rejiminin  əli   ilə  Azərbaycan   torpaqlarının   daha  bir  hissəsi Ermənistanın tərkibinə daxil edilmiş, nəticədə onun sahəsi 30 min kvadrat kilometrə çatdırılmışdır.

Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. Beləliklə, davakar erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün zəmin yaradılmış, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulmuşdur.

Davakar erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heş bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirilə çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar.

1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin ermənipərəst siyasətindən istifadə edən davakar erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar etməyə, azərbaycanlıları doğma toıpaqlarından qovmağa başladılar. Cinayət əməllərinə əsas yaratmaq üçün SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 18 mindən сох azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.

Eıməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni-tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-э qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.

XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldıqları fəlakətlərin əsrin sonlarında yenidən təkrar olunmasının bir çox səbəbləri vardır. Əlbəttə, başlıca səbəb 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması, yeni nəsillərin saxla beynəlmiləlçilik ruhunda tərbiyə olunması, “xalqlar dostluğu”nun tərənnüm edilməsi olmuşdur. Azərbaycan xalqının başına gətirilmiş faciələri unutdurmaq üçün sovet ideoloqları xalqımızın xeyirxahlıq, alicənablıq, rəhmdillik, sülhsevərlik, düşmənçiliyi unutmaq kimi yüksək mənəvi keyfiyyətlərindən məharətlə istifadə etmişlər.

Lakin davakar erməni millətçiləri Azərbaycan xalqına nifrət hissini sovet hakimiyyəti illərində də yaddan çıxarmamışlar. Ümumiyyətlə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaradılmışdır.

Qonşu dövlətlərə, о cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün davakar erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmalara rəvac   vermişlər.   Beləliklə,   təcavüzkar   və   cinayətkar   özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərmişdir. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər.

Davakar erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanmışdır. “Azərbaycanlıların soyqırım haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının  qarşısının   almaqdan  ötrü  təsirli  beynəlxalq  hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Xocalı şəhidlərinin xatirəsinin, əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfi sülh arzusunda olduğunu göstərməyə çalışsa da, münaqişənin dinc vasitələrlə həllini çətinləşdirən bəyanatlara və hərəkətlərə yol verir, о cümlədən “erməni soyqırımı” haqqında əfsanənin daha çox ölkədə yayılmasına cəhdlər göstərir. Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutanların təmizə çıxarılması üçün iddia olunur ki, guya Xocalıda erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Faciənin yaraları hələ qaysaq bağlamamış vəhşilik əməlini unuldurmağa cəhdlər göstərilir. Üzdəniraq təbliğatçıların həyasızlığı ildən-ilə daha da artır, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya birliyinə çatmasına yol verməmək üçün yeni-yeni yalanlar uydurulur.

Davakar erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, о cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin  artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.

Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq, qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, о cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, о cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

Ermənistan Respublikasının ölkəmizə silahlı təcavüzü, ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonların işğal etməsi gedişində azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi yanında informasiya-tədqiqat mərkəzi yaradılsın.

3.Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün
görülən tədbirləri gücləndirsinlər.

4.Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, о cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni
təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.

Oqtay Əsədov,Azərbaycan Respublikası Milli Məclisinin sədri, Bakı şəhəri, 27 fevral 2007-ci il.

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 15 ili tamam olur. Bu hüznlü günlərdə Azərbaycan xalqı davakar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.

Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidice, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi.

Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı.

Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.

Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri kütləvi informasiya vasitələrində,   mitinqlərdə  azərbaycanlıların   kütləvi   məhvini təşkil etməyə çağırışlar edirdilər.

1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı; Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də “Azərbaycan Hava Yolları” Dövlət Konserninə məxsus Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər.

Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə-yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, о cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər Şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, о cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Beləliklə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirilə çıxarmışdır.

Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”  Konvensiyada  ifadə  olunmuş  tərifə  tam  uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı  həmin ərazidə yaşayan insanları  məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini  soymuş,  müxtəlif əzalarını  kəsmiş,  кörpə  uşaqların gözlərini   çıxarmış,   hamilə   qadınların   qarınlarını   yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman  verilməmiş, dinc sakinləri  yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar  əməllərin    törədilməsi    keçmiş    Yuqoslaviya    üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda – işğal edilmiş Dağlıq Qarabağ   bölgəsində   Ermənistan   Rcspublikasının   yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Citcyan   rəhbərlik   etmişlər.   Dinc   əhaliyə   qarşı   soyqırımı cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər şəxslərin bir qisminin adları bu gün Azərbaycan tərəfinə məlumdur.

Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.

Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutmuş erməni hərbçilərini və onların havadarlarını təmizə çıxarmaq üçün aparılan təbliğat kampaniyası bu gün də ara vemir. İddia olunur ki, guya Xocalıya hücum şəhərdəki “atəş nöqtələri”ni məhv etmək məqsədi ilə həyata keçirilmiş, bu zaman dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Üzdəniraq təbliğatçıların dediklərindən az qala belə çıxır ki, guya Xocalıda azərbaycanlılar bir-birini, sonra da özlərini işgəncə ilə qətlə yetirmişlər. Bəzən onların həyasızlığı elə həddə çatır ki, Xocalı şəhərində lentə alınmış və ya təsvirləri götürülmüş qanlı qırğın səhnələrini beynəlxalq ictimaiyyətə azərbaycanlıların ermənilərə qarşı cinayət əməlləri kimi təqdim edirlər.

Yalançı erməni təbliğatının miqyası ildən-ilə daha da genişləndirilir. Erməni millətçiləri qonşu dövlətlərə, о cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmaların beynəlxalq səviyyədə qəbul olunmasına cəhdlər göstərirlər. Həm də bu cəhdlər bir sıra hallarda müəlliflərinə çirkli siyasi “dividendlər” gətirir. Xocalı faciəsi kimi real soyqırımı aktına göz yuman ауrı-ayrı dövlətlərin parlamentlərinin təsir altına düşərək, yaxud siyasi konyunkturaya asaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurur.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar.

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa İttifaqına, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapest, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırır. Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv mövqe tutmağa, silahlı qüvvələrini işğal olunmuş torpaqlardan geri çəkməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının suveren iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır.

Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il 27 fevral tarixli iclasında qəbul edilmişdir.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: