Posted by: IT Team | February 22, 2011

Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun Ekspert Komissiyasının

QƏTNAMƏSİ:

Bakı, 24 fevral 2000-ci il: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarşı görünməmiş vəhşilikdir. Bir gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin işğalının faciəli nəticələri bunlardır: 613 nəfər, о cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 adam əsir götürülüb, 150 nəfər itkin düşüb, şəhərin özü isə yerlə-yeksan edilib. Bu faciənin nəticəsində onlarca uşaq, qadın və qoca güllələnib. Ermənistanın silahlı qüvvələri və muzdlular bütöv ailələri məhv edilə, insanları amansızcasına qətlə yetirmişlər: adamların dərisi soyulub, qulaqları kəsilib və başlarının dərisi soyulub çıxarılmışdır.

1. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi: Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur və hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və  ya  qismən   məhv   etmək  məqsədilə   törədilən   aşağıdakı hərəkətlərdən ibarətdir:

-bu cür qrup üzvlərinin öldürülməsi;

-belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;

-hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

-bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;

-uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqmmı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur.

Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.

Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz faktdır.

Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaşır:

-tanınan milli, etnik, irqi və ya dini qrupun olması;

-bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);

-tanınan qrupla bağlı soyqmmı hərəkətlərindon hər hansı birinin törədilməsi (actusreus).

Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətlondirilə bilməz.

“Soyqırımı” anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyot özündə bir neçə cəhəti birləşdirir:

-niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyət yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımı qurbanlarını təyin etmək üçün həlledici meyardır;

-niyyət, özü-özlüyündə, başqasından fərqlənən bir qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütüv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, actus reus (qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir;

niyyət qrupun “tamamilə və ya qismən” məhv edilməsindən ibarət olmalıdır;

-niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb kimi qoyulmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi kifayətdir.

Soyqırımı cinayətinin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun ən müxtəlif vasitələrlə cismən məhv olunmasını bildirir.

“Barcelona Traction Case” işi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmışdır. Beynəlxalq Məhkəmə soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanımışdır.

II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlər

1.BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya.

2.Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur).

3.Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4),

4.Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad.l).

5.Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (mad. 6).

6.Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103).

7.Azərbaycan      Respublikası        Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

III.          Xocalı soyqırımınm beynəlxalq hüquqi nəticələri.

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar maşağıdakıları müəyyənləşdirmişdir:

1.Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.

2.Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımda iştirak etmək də cinayət məsuliyyəti doğurur.

3.Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.

4.Soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad, şəxsi cinayət məsuliyyətindən azad etmir.

5.Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.

6.Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir.

7.Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.

8.Soyqırımı cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən dövlətə verilməlidir.

Beləliklə, ermanilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır.

Rövşən Mustafayev, siyasi elmlər doktoru, Ekspert Komissiyasının rəhbəri, AMEA İnsan Hüquqlan İnstitutunun direktoru.

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır

cinayətdir Azərbaycan Respublikasının İnsan Hüquqları

üzrə Müvəkkilinin (Ombudsmanın)  Xocalı soyqırımının

16-cı ildönümü  ilə əlaqədar bəyanatı (22 fevral 2008-ci il)

Erməni millətçiləri tərəfindən tarix boyu Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədilmişdir. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlını kütləvi surətdə qətlə yetirmiş, oz torpaqlarından deportasiya etmişlər. Bu il işğalçı Eıınənistanın xalqımıza qarşı təcavüzünün 20 ili tamam olur. Yürüdülən siyasət nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuşdur. Bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc əhali girov götürülmüşdür. Bir milyondan artıq həmvətənimiz qaçqına və məcburi köçkünə çevrilmişdir. 1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi qiymət verməyən keçmiş SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda azərbaycanlıların yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi. Erməni millətçiləri Korkicahan, Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində qətliamlar törətdilər.

Düz 16 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət müharibələr tarixində bənzəri olmayan hadisələrdəndir. Xankəndində yerləşdirilmiş, şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası üç istiqamətdə şəhərə yeridildi, yaşayış evləri dağıdıldı və yandırıldı. Şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşdı və əsl soyqırım baş verdi. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla qətlə yetirildi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid – Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu, 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü.

Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Qeyd olunmalıdır ki, münaqişə başlanandan bu günədək itkin düşmüş 4354 Azərbaycan vətəndaşından 783 nəfərinin əsir və girov kimi Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılması baradə əsaslı məlumatlar mövcuddur. Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan çox böyük itkilərlə, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyi ilə bağlı problemlərlə üzləşmişdir. Ermənistan tərəfi və separatçı Dağlıq Qarabağ rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, bu şəxsləri hələ də beynəlxalq təşkilatlardan gizlədir.

Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosiddir. Bu vəhşilik və vandalizm aktı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli qiymətini almalıdır.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətinin bütün əməlləri tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Prezident İlham Əliyev dünyanın nüfuzlu tribunalarından səslənən çıxışlarında terrorla mübarizə aparan beynəlxalq birliyin bu məsələdə ikili standartlara yol verməsinə qətiyyətlə etirazını bildirmişdir. Dövlət başçımız Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır.

Hazırda Xocalı faciəsi dünyanın böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərini geri qaytarmaq tələb olunur.

Məlum olduğu kimi, ötən il 1918-ci ilin mart-may aylarında Qubada ermənilərin xüsusi qəddarlıqla törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tikinti ilə əlaqədar qazıntı işləri aparıldığı zaman iki iri quyuda tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən əyani nümunələr, faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.

Tarixi olayların aşkar olunmasında Quba məzarlığı ilə bağlı üzə çıxmış həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq son dərəcə önəmlidir. Bu faktlar uydurma “erməni soyqırımı” əfsanəsini bir daha ifşa edərək yeni tarixin ermənilər tərəfindən saxtalaşdırılmasını sübut edir.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət cdərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq. Ümid edirik ki, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb ediləcək, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır.

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, (Ombudsman) 22 fevral 2008-ci il.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, ombudsmanlara və Azərbaycan diasporu təşkilatlarına göndərilmişdir.

 

Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət etməkdə məqsədimiz 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdır.

Azərbaycanın tarixinə az-çox bələd olan hər bir şəxsə məlumdur ki, Qarabağın dağlıq hissəsində yerləşən və eramızdan əvvəl 3-cü minillikdən mövcud olan Xocalı yurdumuzun qədim yaşayış məskənlərindən biridir. Xocalı şəhərinin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş eksponatlar, habelə nadir tarixi abidəbr buna əyani sübutdur.

İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış ermənilər tarixi Azərbaycan torpaqları hesabına xəyali “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasətini həyata keçirmiş və bu məkrli məqsədə çatmaq üçün zaman-zaman dəhşətli terror, kütləvi qırğın, deportasiya və soyqırımı kimi bəşəri cinayətlərdən belə çəkinməmişlər.

Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi torpaqlarında etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan milyonlarla azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, dədə-baba yurdlarından zorla çıxarılmışdır. Nəhayət, 1988-ci ildən başlayaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları və erməni separatizmi yenidən baş qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına rəvac verilmişdir. 1988-1989-cu illərdə Ermənistandan – öz tarixi-etnik torpaqlarından 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik respublikaya çevrilmişdir.

1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

1992-ci ilin fevralında isə XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olundu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı sovet alayının bilavasitə iştirakı ilə 7 rain nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində saxlanılır, əhali tiləbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qoca, qadın və uşaq var idi.

Azğınlaşmış erməni quldurları özlərinin muzdlu xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır hərbi texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı və yandırıldı. Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı – uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti – Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyadan məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının xeyli sakini sanki tarixə şahidlik etmək üçün sağ qaldı.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti soyqırımı Xocalı faciəsi nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.

Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi    qəddarlıq    və    amansızlıqla    diri-diri    yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara deyil, bütün sivil bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi “əzabkeş və məzlum” ermənilərdir.

Artıq 11 ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciətlər edirik. Sizlərdən xahiş edirik ki, bizim başımıza gətirilən müsibətlərə, erməni hərbi təcavüzü nəticəsində düçar olduğumuz dərdlərə soyuq, laqeyd münasibət bəsləməyəsiniz. Biz inanmırıq ki, dünyanın çox nüfuzlu beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr sivilizasiyalı bəşəriyyətə meydan oxuyan təcavüzkar bir dövləti – Ermənistanı haqq-ədalətə, beynəlxalq hüquq normalarına əməl etməyə məcbur edə bilməsinlər!

Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistan dövlətinin Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, bir milyondan artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına qayıtmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi ədalət kontekstində və sülh yolu ilə həllinə kömək edəcəkdir.

2001-ci il sentyabrın 11-də ABŞ-da minlərlə günahsız insanın ölümünə səbəb olmuş dəhşətli terror aktlarını biz xocalılar dərin kədər hissi ilə qarşıladıq. Bu ağır bəşəri faciə bizi, nə qədər ağır olsa da, 11 il əvvələ qaytardı. Çünki 11 il bundan əvvəl belə bir acı müsibəti biz və on minlərlə azərbaycanlı qaçqın-köçkün öz şəxsi taleyimizdə yaşamışıq və bu gün də çadırlarda, vaqonlarda, yeraltı qazmalarda, zirzəmilərdə ağır qaçqınlıq həyatı sürməkdəyik.

Biz – Xocalı soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri insanlığa qarşı yönəlmiş hər cür soyqırımı və terror aktını qətiyyətlə pisləyərək BMT-yə, AŞ-yə və ATƏT-ə, dünyanın bülün mütərəqqi ictimaiyyətinə böyük ümidlə növbəti müraciətimizi edir, Xocalı faciəsinə də hüquqi-siyasi qiymət verilməsi zərurətini bir daha beynəlxalq birliyin nəzərinə çatdırırıq.

XX əsrin ən dəhşətli müsibətlərindən birini yaşamış biz xocalılar dünya xalqlarını sülh və əmin-amanlıq uğrunda birgə mübarizəyə səsləyirik. Biz dünyanın bütün beynəlxalq təşkilatları və sülhsevər, nüfuzlu dövlətləri qarşısında həyəcan təbili çalaraq, hamını yer üzündə müharibə ocaqlarının söndürülməsi üçün səfərbər olmağa, sülh və əmin-amanlıq şəraitində yaşayan, gündən-günə çiçəklənən azad, xoşbəxt insan cəmiyyəti uğrunda mübarizəyə çağınnq.

Bakı şəhəri, lSfevräl 2003-cü il.


Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar Xocalı məcburi köçkünlərinin Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına MÜRACİƏTİ

Biz – 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən törədilmiş soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyanın bütün mütərəqqi ictimaiyyətinə növbəti dəfə böyük ümidlərlə müraciət edir, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini bir daha sivilizasiyalı beynəlxalq aləmin nəzərinə çatdırırıq.

İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış ermənilərin millətçi və ekstremist dairələri tarixi Azərbaycan torpaqları hesabına xəyali “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasətini həyata keçirmiş və məkrli niyyətlərinə çatmaq üçün zaman-zaman çoxsaylı terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi bəşəri cinayətlər törətmişlər.

Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan azərbaycanlılar kütləvi surətdə qətlə yetirilərək, dədə-baba torpaqlarından deportasiya olunmuşlar.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına rəvac verilmişdir. Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı 1988-1989-cu illərdə son nəfərinə kimi deportasiya edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir.

Artıq 20 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 1990-cı illərin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşadığı 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş, şikəst edilmişdir. Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində qeyri-insani təhqir və işgəncələrdən əziyyət çəkən 4500-dən çox azərbaycanlı əsir, girov və itkin düşmüş insanın taleyi hələ də məlum deyildir. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarix-mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək, misli görünməmiş vandalizmə məruz qalmışdır. İyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın azərbaycanlılar yaşayan Korkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və sair kəndlərində erməni silahlı quldurlarının törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş ermənilərin” vicdanında əbədi qara ləkə kimi qalacaq tarixi cinayətlərdir.

Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına 1992-ci ildə törədilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur. Həmin il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə vaxtilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi. Həmin gecə Xocalı şəhəri yerlə-yeksan olundu. Əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı – uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti – Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xocalılıların bir hissəsi sanki tarixə şahidlik etmək üçün sağ qaldı.

Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 155 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 487 dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.

Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.

Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan beb qəddarlıq və vəhşilik insan tərəfindən həyata keçirilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin müəllifi özünü bütün dünyaya “əzabkeş və məzlum millət” obrazında təqdim edən davakar erməni millətçiliyidir. Artıq 17 ildir ki, məcburi köçkün həyatı yaşayan biz xocalılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət edirik. Biz inanırıq ki, dünyanın çox nüfuzlu beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti – Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa, qonşu dövlətlərlə normal münasibətlər qurmağa sövq edəcəkdir!

İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbədir.

Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, bir milyondan artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına qayıtması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunması üçün ədalətli və obyektiv mövqe nümayiş etdirəcəkdir.

Bakı şəhəri, 17 fevral 2009-cu il.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyasından Çıxarış[1]

Maddə 103. Soyqırım: Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlə – AR QT, 2001, Nq7, m.455).

1.Bu norma «Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında» 9 dekabr 1948-ci il Konvensiyasının müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi CM-ə daxil edilmişdir (adı çəkilən Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Milli Məclisi 31 may 1996-cı
il tarixli Qanun qəbul etmişdir).

2.Soyqırım cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini qrupun bir qrup kimi bütövlükdə və ya qismən məhv edilməsi və ya məhv edilməsi
təhlükəsinin yaranması, habelə həmin qrupların tarixi, mədəni, mənəvi və s. dəyərlərinin yer üzündən silinilə getməsi, yaxud belə təhlükənin meydana gəlməsi ilə xarakterizə olunur. 10 dekabr 1948-ci il tarixli İnsan hüquqlarının Ümumi Bəyannaməsində, 10 dekabr 1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasında irqindən, milliyyətindən, cinsindən, dinindən asılı olmayaraq bütün insanların bərabər hüquqlu olması, hər kəsin belə fərqlərdən asılı olmayaraq yaşamaq və şəxsiyyətinə hörmət olunmaq, habelə barəsində heç bir ayrı-seçkiliyə yol verilməmək hüququ vardır. Soyqırım cinayəti insanlıq əleyhinə olan cinayət kimi həm sülh, həm də müharibə vaxtı törədilə bilər.

3.Bu cinayətin obyekti qismində hər hansı milli, etnik, irqi və ya dini qrupların normal həyat və fəaliyyəti çıxış edir.

4.Bu cinayətin obyektiv cəhəti 1948-ci il Konvensiyasının 2-ci maddəsində soyqırıma verilən anlayışa daxil olan əlamətlərlə üst-üstə düşür.

Soyqırım cinayəti obyektiv cəhətdən aşağıdakı hərəkətlərin törədilməsi ilə xarakterizə olunur: hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərini öldürmə;

hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma;

hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma;

hər hansı milli, etnik, irqi və ya dini qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə;

hər hansı milli, etnik, irqi və ya dini qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə.

5.Hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə belə qrupun üzvlərini (sayından asılı olmayaraq) öldürmə, onların sağlamlığına ağır zərər vurma, əqli qabiliyyətlərinə ciddi zərər vurma, qrup daxilində doğumların qarşısını alma və maddənin dispozisiyasında sadalanan digər əməllərin törədilməsini CM-in şəxsiyyət əleyhinə olan cinayətləri nəzərdə tutan normaları ilə deyil, yalnız 103-cü maddəsi ilə tövsif etmək lazımdır.

6.Adam öldürmə cinayətinin anlayışı CM-in 120-ci maddəsinin şərhində verilmişdir.

7.Sağlamlığa ağır zərər vurmanın anlayışı CM-in 126-cı maddəsinin şərhində verilmişdir.

8.Milli qrup dedikdə, hər hansı bir millətə mənsubiyyəti olan, milli, tarixi, etnik, dil, mədəni və s. ənənələri ilə bir-birinə bağlılığı olan insanlar qrupu başa düşülür.

9.Etnik qrup dedikdə, hər hansı bir xalqa (etnosa) mənsubiyyəti olan müəyyən bir ərazidə sıx və kompakt yaşayan, ümumi tarixi kökləri, dili, mədəni-məişət ənənələri, mədəniyyəti olan insanlar qrupu başa düşülür.

10.İrqi qrup dedikdə, hər hansı bir irqə (monqoloid, avropoid, neqroid) mənsub olan, dərisinin, gözlərinin rənginə, boyunun hündürlüyünə və s. görə fərqlənən ümumi irsi bağlılığı olan insanlar qrupu başa düşülür.

11.Dini qrup dedikdə, hər hansı bir dövlətdə əhalinin əksəriyyətinin mənsub olduğu dinə deyil, başqa dinə ibadət edən insanlar qrupu başa düşülür.

12.Hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərinin əqli qabiliyyətlərinə ciddi zərər vurma dedikdə, qrup üzvlərinin ağır psixi xəstəliklərə tutulmasına, onların şüurlu düşünmə qabiliyyətlərinin yox olmasına və s. yönələn hərəkətlərin edilməsi başa düşülür.

13.Hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş həyat şəraiti yaratma dedikdə, qrup üzvlərini öz mövcudiyyətini saxlaması üçün zəruri olan qidalanmadan, geyimdən, işləyib qazanc əldə etmək imkanından tamamilə və ya qismən məhrumetmə, ətraf mühiti zəhərləmə və s. başa düşülür.

14.Qrup daxilində doğumların qarşısının alınmasına yönəlmiş tədbirləri həyata keçirmə, qrup üzvləri arasında nikahın, cinsi əlaqədə olmanın qadağan edilməsində, onların məcburi sterilizasiya olunmasında, axtalarılmasında, hamiləliyin zorla süni pozulmasında və s. ifadə oluna bilər.

15.Bir qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi hər hansı milli, etnik, irqi və ya dini qrupa aid olan uşaqların onların valideynlərinin razılığı olmadan və ya onların iradəsi əleyhinə zorla, məcburi surətdə alınaraq başqa bir qrupa verilməsini nəzərdə tutur.

16.Soyqırım cinayəti maddi-formal tərkibli cinayətdir. Hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini
öldürmə, onların sağlamlığına ağır zərər, əqli qabiliyyətinə ciddi zərər vurma əməlləri kriminal nəticələri – ölümü, sağlamlığa ağır zərər, əqli qabiliyyətə ciddi zərər vurulmasını nəzərdə tutur. Belə nəticələr baş verdiyi andan cinayət başa çatmış hesab olunur. Qrupun bütövlüklə və ya qismən məhvinə yönəlmiş həyat şəraiti yaratma, qrup daxilində doğumların qarşısını alma, bir qrupa mənsub
olan uşaqları zorla başqa qrupa keçirmə cinayətləri belə hərəkətlər törədildiyi andan başa çatmış sayılır.

Bu cinayətin başa çatması üçün hər hansı milli, et­nik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi məqsədinə nail olunub-olunmamasınm heç bir əhəmiyyəti yoxdur.

17.Soyqırım cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirkar hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsinə yönələn əməllərinin ictimai-təhlükəli olduğunu qabaqcadan dərk edir və onların törədilməsini arzu edir.

Bu cinayətin subyektiv cəhətinin zəruri elementi cinayətin törədilməsinin məqsədidir. Təqsirkarın məqsədi hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etməkdən ibarətdir.

18. Bu cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs (həm vəzifəli, həm də vəzifəli olmayan) ola bilər.

Maddə 104: Soyqırımın törədilməsinə təhrik etmə. Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.CM-in 104-cü maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi bu cinayətin subyekti tərəfindən hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə CM-in 103-cü maddəsində sadalanan hər hansı bir əməlin edilməsinə başqa saxsı və ya şəxsləri sövq etməklə xarakterizə olunur. Başqa şəxsi (şəxsbri) soyqırım cinayətini törətməyə sövq etmə öz məqsədini başqalarınm əli ilə həyata keçirmək niyyətinin təzahürüdür.

2.Soyqırımın anlayışı haqqında CM-in 103-cü mad-dəsinin şərhinə bax.

3.Bu cinayətin obyekti CM-in 103-cü maddəsində nəzərdə tutulan soyqırım cinayətinin obyekti ilə üst-üstə düşür.

4.CM-in 104-cü maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən CM-in 103-cü maddəsində sadalanan hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmədə ifadə olunur.

Cinayətin təhrikçisi başqa şəxsi (şəxsləri) hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürməyə, onların sağlamlığına ağır zərər vurmağa və ya əqli qabiliyyətlərinə ciddi zərər vurmağa, qrupun fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratmağa, qrup daxilində doğumların qarşısını almağa, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirməyə sövq etməlidir.

Soyqırım cinayətini törətməyə təhrik etmə dedikdə, başqa şəxsi (şəxsləri) ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, tapşırıq verməklə, inandırmaqla, aldatmaqla, düşmənçilik və nifrət hisslərini gücləndirməklə və s. üsullarla həyata keçirilə bilər. Cinayətin törədilməsində təqsirkarın seçdiyi üsulun əməlin tövsifinə heç bir təsiri yoxdur, lakin məhkəmə tərəfindən işin bütün halları əsas götürülməklə cəza təyini zamanı nəzərə alına bilər.

Bu cinayət soyqırım cinayətinin törədilməsinə bilavasitə və açıq təhrik etməni nəzərdə tutur.

Soyqırım cinayətinin törədilməsinə bilavasitə təhrik etmə dedikdə, başqa şəxsi (şəxsləri) CM-in 103-cü maddəsində nəzərdə tutulan hər hansı bir əməlin törədilməsinə heç bir əlavə vasitələrdən istifadə etmədən, birbaşa sövq etmə başa düşülür. Bilavasitə təhrik etmə soyqırım cinayətinin obyektiv cəhətini təşkil edən hər hansı bir əməlin törədilməsi üçün təqsirkarın başqa şəxsə (şəxslərə) birbaşa və dərhal həyata keçirilən tapşırıqlar verməsində ifadə oluna bilər.

CM-in 104-cü maddəsi üzrə məsuliyyətin yaranması üçün təhrikçilik hərəkətləri həm də açıq xarakter daşımalıdır. Soyqırım cinayətinin törədilməsinə açıq təhrik etmə başqa şəxslərin iştirakı ilə onlara birbaşa edilən müraciətdə (kütləvi toplantılarda və s.), habelə onların ünvanına göndərilən yazılı vərəqələrdə və s. ifadə oluna bilər. Təhrik etmənin açıq xarakterdə olması başqaları tərəfindən həmin hərəkətlərin qəbul edilməsini nəzərdə tutur.

5.Bu cinayət təqsirkarın başqa şəxsi (şəxsləri) soyqırım cinayəti törətməyə təhrik etdiyi andan başa çatmış sayılır. Təhrik olunan şəxsin (şəxslərin) soyqırım cinayətini törədilə-törətməməsinin əməlin tövsifinə heç bir təsiri yoxdur. Məsuliyyətin yaranması üçün təhrik olunan şəxsin soyqırım cinayətini törətmək qətiyyətini qismən həyata keçirməsi (məsələn, hazırlıq hərəkətləri etməsi) kifayətdir.

Əgər təhrik edən şəxs öz iradəsindən asılı olmayaraq başqasını soyqırım cinayətini törətməyə sövq etməyə nail ola bilməmişdirsə, onun əməli baş tutmayan təhrikçilik kimi soyqırım cinayətinə (CM-in 103-cü maddəsi) hazırlıq kimi tövsif ediləcəkdir.

6.Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsi (şəxsləri) soyqırım cinayətini törətməyə təhrik etdiyini qabaqcadan dərk edir və bunu arzu edir.

7.CM-in 104-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxs ola bilər.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: