Posted by: IT Team | February 22, 2011

Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT-nin baş Katibinə məktubu

1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. 1992-ci ilin fevral ayında erməni işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 800 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. Həmin ilin may ayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi.

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğal etməyə davam edirdilər.

Yaranmış gərgin vəziyyətlə bağlı 1993-cü il avqustun 18-də Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət edir.

BMT Təhlükəsizlik Şurasının sədrinə: Hörmətli cənab sədr!

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 822 və 853 nömrəli qətnamələrin qəbul edilməsindən artıq kifayət qədər vaxt keçmişdir. Lakin indiyədək heç bir əsər-əlamət yoxdur ki, Ermənistan Respublikası, Dağlıq Qarabağ ennənilərinin uydurma rəhbərliyi belə yüksək hörmətli beynəlxalq təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər.

Tamamilə aydındır ki, nəinki işğal olunmuş, yandırılmış və talan edilmiş Kəlbəcər və Ağdam rayonları, həm də digər Azərbaycan əraziləri tərk edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq hüquq normalarına təcavüzkar həyasızcasına məhəl qoymur. Füzuli rayonunda azərbaycanlılar yaşayan dinc kəndləri zəbt etməkdə və yandırmaqdadır, Füzuli şəhəri üzərinə güclü hücum əməliyyatı aparır, Cəbrayıl, Qubadlı istiqamətində orazimizin içərilərinə doğru hücumu genişləndirir. Bərdə şəhərini və başqa yaşayış məntəqələrini ələ keçirməyə çalışır.

Acıq təcavüz faktı о dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək lüzumsuzdur, əminəm ki, onlar sizə BMT-nin Bakıdakı nümayəndəsi, bu yaxınlarda Füzulidə olmuş cənab Mahmud Əl-Səidin məruzələrindən məlumdur.

İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq üçün, nəhayət, kəsərli və təxirəsalınmaz tədbirlər görülsün.

Heydər ƏLİYEV, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri, 18 avqust 1993-cü il.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: