Posted by: IT Team | February 22, 2011

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Bəyanatı

1992-ci ilin fevral ayının 26-ı müasir Azərbaycan tarixinə faciəli və dəhşətli səhifələrdən biri kimi daxil olmuşdur. Məhz həmin gün Azərbaycanın erməni separatçılarının nəzarəti altında olan Dağlıq Qarabağ regionundakı hissələri azərbaycanlılardan ibarət Xocalı şəhərinin dinc əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi terror aktı həyata keçirmiş və nəticədə şəhər tamamilə yandırılmış, mülki əhali isə amansız vəhşiliklə məhv edilmişdir.

Нələ ötən əsrin əvvəllərində ermənilərin soyqırım siyasətinin hədəfinə çevrilmiş Azərbaycan xalqı 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda, Zəngəzurda və Azərbaycanın başqa əyalətlərində törədilmiş qırğınların, qanlı faciələrin qurbanı olmuşdur.

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə işə erməni silahlı birləşmələri, keçmiş SSRİ-уə məxsus olan və о dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə beş istiqamətdən hücum etdilər. Ermənilər 366-cı alaya məxsus ağır hərbi texnikanın köməyilə Xocalı şəhərini yerlə-yeksan etdilər. Dinc mülki əhali-qadınlar, uşaqlar, qocalar və xəstələr ağlasığmaz vəhşiliklə qətlə yetirildi. Ermənilər XX əsrin ən dəhşətli tarixi cinayətlərindən bin olan Xocalı soyqırımı törətdilər.

Onların Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti soyqırım aktı nəticəsində 613 nəfər mülki əhali məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür. Faciə nəticəsində mindən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar olmuşdur.

XX əsrin sonunda sivil dünyanın insan hüquqlarının aliliyinin qorunduğu bir vaxtda erməni vəhşiliyinin nəticəsi olan Xocalı soyqırımına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini cəlb etmək istiqamətində Azərbaycan Respublikasının Xarici Siyasət İdarəsi və səfirlikləri tərəfindən də mütəmadi olaraq tədbirlər həyata keçirilir.

İlk növbədə, aparılan işlər nəticəsində beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin törətdikləri vəhşiliklər barədə daha geniş məlumatlandırılmışdır. Ölkəmizin xarici dövlətlərdə yerləşən bütün səfirlikləri tərəfindən Xocalı soyqırımının dəhşətlərini həmin ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində məskunlaşmış azərbaycanlı icmaları da bu mühüm əhəmiyyət kəsb edən təbliğat işlərinə fəal qoşulmuş, bir sıra təşəbbüslər həyata keçirmişlər. Bu növ tədbirlərin həyata keçirilməsində əsas məqsəd isə, cəzalandırılmamış cinayət aktlarının yeni cinayətlərə yol açdığını nəzərə alaraq, Azərbaycan xalqına qarşı törədilmiş bu qırğınların təkrar olunmasının qarşısını almaqdır.

Bakı, 02 mart 2006-cı il.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: