Posted by: IT Team | February 1, 2011

BƏŞƏR TARİXİNİN DƏHŞƏTLİ FACİƏSİ

XXəsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir
Heydər Əliyev

Xalqımız çoxəsrlik tarixində müdhiş bəlalarla üzləşmişdir. XX əsrin müxtəlif dönəmlərində bədnam qonşularımız və onların havadarları tərəfindən xalqımıza qarşı kütləvi soyqırım aktları həyata keçirilmiş, əzəli torpaqlarımızın xeyli hissəsini itirmişik.

Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi qiymət verməyən o vaxtkı SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirləri görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda vəziyyətin getdikcə gərginləşməsi, azərbaycanlılarm yaşadıqları yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi. Erməni millətçilərinin Malıbəyli, Quşçular, Qaradağlı kəndlərində törətdikləri qətliamlar müharibənin ön xəttində yerləşən Xocalı üçün bir işarə idi.

İşğalçı hərbi birləşmələr novbəti həmləni Xocalı şəhərinə yönəltdilər. Düz 19 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xeyli müddət mühasirədə qalan Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət, müharibələr tarixində bənzəri olmayan hadisələrdəndir. Xankəndində yerləşdirilmiş, şəxsi heyətindəki zabitlərin əksəriyyəti ermənilər olan bu alayın çoxsaylı ağır texnikası üç istiqamətdə şəhərə yeridildi. Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılar təpədən dımağadək silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədilər. Yaşayış evləri dağıdıldı və yandırıldı. Şəhəri tərk etmək məcburiyyətində qalan, Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşdı və əsl soyqırım baş verdi. Uşaqlar, qadınlar, qocalar, əlillər zülmə məruz qalaraq, xüsusi amansızlıqla qətlə yetirildi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid – Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu, 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü.

Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir.

Günahsız körpələrin, qadınların, qocaların qətlə yetirildiyi, böyük bir şəhərin Yer üzündən silindiyi o qanlı gecədə bəşər tarixində dəhşətli bir faciə, əsl soyqırım baş vermiş, soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə, yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Yeri   gəlmişkən,   qeyd   olunmalıdır   ki,   münaqişə   başlanandan   bu günədək itkin düşmüş 4354 Azərbaycan vətəndaşından 783 nəfəri əsir və girov kimi Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılması barədə əsaslı məlumatlar mövcuddur. Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan çox böyük itkilərə, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyi ilə bağlı problemlərlə üzləşmişdir. Ermənistan tərəfi və separatçı Dağlıq Qarabağ rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, bu şəxsləri cidd-cəhdlə beynəlxalq təşkilatlardan gizlədir.

Xocalı soyqmmı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almalıdır.

ABŞ Konqresində İndiana Ştatının təmsilçisi, Beynəlxalq Münasibətlər Komsitəsinin üzvü, konqresmen Dən Bartonun Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soyqırımını tanımağa çağırması artıq Amerika ictimaiyyətinin də erməni vəhşiliklərindən xəbərdar olması və insan hüquqlarının kobudcasına pozulması ilə müşayiət olunan varvarlığa son qoyulması istəyindən xəbər verir.

Konqresmen Xocalı şəhərində ermənilər tərəfindən insanlığa xas olmayan qəddarlıqla qadın, uşaq və yaşlıların qətlə yetirilməsi, cəsədlərin belə təhqir olunması faktlarını həmkarlarının diqqətinə çatdırmış, daha sonra ABŞ Konqresinin Xocalı soyqırımını tanımaqla beynəlxalq ictimaiyyətin uzun illərdən bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmişdir.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır.

Bir daha böyük ümidlərlə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, qaçqına və məcburi köçkünə çevrilmiş yüz minlərlə soydaşımızın öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanıram.

Ümid edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını   törədən   erməni   terrorçuları   və   onların   havadarları cinayət məsuliyyətinə cəlb edıləcək, ışğalçı Ermənistan dovlətınə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır.

BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan yeni minilliyə qədəm qoymuş, vətəndaş cəmiyyətinin, vətəndaş hüquqlarının dolğun təminatına yönəlmiş, demokratik inkişaf yolunu seçmiş, beynəlxalq konvensiyalara və qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaşan hüquqi, sivil dövlətdir. Həmin qurumlar tərəfindən isə ölkələrə münasibətdə ayrı-seçkiliyə, ikili standartlara yol verilməməlidir.

Cənab prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədildiyini, yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu diqqətə çatdırmışdır. O, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasətin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.

Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qətllər törədiblər. Lakin onlar tarixi saxtalaşdıraraq bunu erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bu dəhşətləri həyata keçirən ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət ört-basdır edə biliblər. Təmamilə əks mövqedən çıxış edərək guya özlərinin soyqırıma məruz qaldıqlarını iddia edirlər, hətta bəzi hallarda bir sıra ölkələrdə müxtəlif səbəblər üzündən tarixi saxtalaşdırmağa, əsl həqiqəti gizlətməyə nail ola biliblər. Aşkar edilmiş Quba məzarlığı ilə bağlı erməni qəddarlığını sübut edən faktları bütün dünya ölkələrinin parlamentlərinə, xüsusilə erməni təbliğatına uyaraq erməni soyqırımı barədə qərarlar qəbul etmiş dövlətlərə göndərmək lazımdır. Bunun əsasında biz bütün dünyaya erməni soyqırımının uydurma olduğunu sübut etməliyik. Erməni xəyanətinə, saxtakarlığına, yalanına qarşı mübarizə tədbirlərin gücləndirməliyik. Bu iş ardıcıl, sistemli aparılmalı, bir mərkəzdən idarə olunmalıdır.

Artıq bu gün dünya əsl genosid olan Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüatı ilə bilməlidir. Heç nə unudulmur, heç nə yaddan çıxmır. İnsanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır. Günahsız insanları yaşamaq hüququndan məhrum edən əliqanlı canilər cavabdehlik daşımalı, öz bədxah, çirkin əmələri üçün vicdanları, tərəqqipərvər bəşəriyyət, ədalət mühakiməsi, tarix məhkəməsi qarşısında cavab verməlidirlər.


 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: